Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Gündəm 23 Aprel 2022 | 13:17
OXUNUB: 721

Aprelin 24-ü saat 05:00-dan 06:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, sözügedən ərazidə yerüstü piyada keçidinin üst konstruksiyası quraşdırılacaq.

Bununla əlaqədar sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man