Müstəntiqin qətlə yetirdiyi nişanlısı polis imiş

Gündəm 23 Aprel 2022 | 10:44
OXUNUB: 895

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var. Oxu.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışırmış. Serjant rütbəsini daşıyan Günay uroloq imiş.

Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man