“Wolt” kuryerləri tətil elan etdi, “Bolt” əməkdaşları da onlara qoşulacaq - FOTO

Gündəm 22 Aprel 2022 | 13:12
OXUNUB: 882

Bakıda kuryerlər tətil çağırışı etdilər. Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində paylaşılıb. Belə ki, “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. İddiaya görə, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. İşçilərin iddialarına görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var. 

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər. 

İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindirlər. “Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”, - deyə məlumatda qeyd edilib.

Adının açıqlanmasını istəməyən “Wolt” kuryerinin dediyinə görə, ödəniş son 2,5 il ərzində 2.7-2.8 manatdan 1.6 manata kimi azaldılıb: “Qiymətlər şirkət tərəfindən səbəbsiz şəkildə aşağı salınıb. Qiymətlərin aşağı salınmasına etiraz etdikdə isə şirkətdən “onsuz da işləmək istəyən çoxdur” cavabını alırıq”.

Kuryer qeyd edib ki, bənzər tendensiya digər kuryer şirkəti olan “Bolt”da da müşahidə edilir: “Kuryerlərin Telegram kanalında təşkilatlanmasına başlamışıq. Ayın 26-dan etibarən “Bolt” kuryerləri də bizə qoşulacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man