Biləsuvar şəhərində küçələrin adlarını göstərən lövhələrin sayı ya azdır, ya da lövhələr ümumiyyətlə vurulmayıb.
Sakinlər “Report” xəbər verir ki, onlar təkcə küçələrin adını bildirən lövhələrin vurulmamasından yox, həm də evlərin nömrələnməməsindən narazıdırlar.
Onların sözlərinə görə, uzun illərdir ki, mövcud problemlə bağlı müzakirələr aparılsa da, məsələ həllini tapmayıb:
“Lövhələr olmadığından şəhərin əksər küçələrinin adlarını bilmirik. Dövlət idarələrində və bəzi qurumlarda yaşadığımız ünvan soruşulduqda nə cavab verəcəyimizi bilmirik. Bəzən isə küçələri keçmiş Sovet dönəmindəki adları ilə təqdim edirik. Məsələn, “Trudavoy”, “Kolxostroy”, “RTS”, “Kimya Birliyi”, “Təyyarə meydanı” kimi küçə adlarını desək də, əksər hallarda anlaşılmazlıq yaşanır".
Sakinlər əlavə ediblər ki, hazırda şəhər ərazisində 103 küçə var: “Bu küçələrə adlar verilərkən löhvələr vurulmayıb. Buna görə də, elə adam var ki, yaşadığı küçənin adını belə bilmir”.
Biləsuvar Şəhər Bələdiyyəsindən “Report”un yerli bürosuna bildirilib ki, küçələrin adını bildirən lövhələrin vurulması Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumu tərəfindən tənzimlənir:
“Buna baxmayaraq, bələdiyyənin vəsaiti hesabına 2010-cu ildə 50-dən çox küçənin adına lövhələr hazırlanaraq divarlara vurulub. Şəhər ərazisində yeni yaşayış massivlərinə verilən adların da lövhələrə yazılaraq divarlara vurulmasına ehtiyac var. Biz də çalışırıq ki, sakinlərin rahatlığı üçün bu problemləri tezliklə aradan qaldıraq”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man