Bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO

Gündəm 20 Aprel 2022 | 22:11
OXUNUB: 1550

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində çəkilmş piyada zolağı görənləri təəccübləndirir. Məsələ ondadır ki, zolağın axırında ağaclar və dekorativ güllər əkilib. Buna görə də əksər piyadalar  məcbur qalıb zolağın sonunda yenidən maşın yoluna çıxmalı olurlar. Bu isə onların həyatı üçün təhlükə yaradır.

Avtosfer.az xəbər verir ki, məsələyə aidiyyəti qurum aydınlıq gətirib. Sakinlər üçün piyada zolağı çəkilsə də, əksər sakinlər buradan istifadə edərkən təhlükə ilə üz-üzə qalırlar. Piyadaların sözlərinə görə bu piyada zolağı düzgün çəkilməyib.  Məsələ ilə bağlı Baş Dövlət Yol Polsi İdarəsi Sumqayıt "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildirilib ki, sözügedən piyada zolağı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. ''Ağaclar və dekorativ güllər isə zolaq çəkildikdən sonra əkilib. Əraziyə yenidən baxış keçiriləcək, yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək''-deyə məlumatda bildirilib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man