Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.
Nəticədə oğul anasını qətlə yetirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən qadının qətlə yetirilməsi Avtosfer.az-a təsdiqlənib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
13:25
Bakıda dəhşətli qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb.
Hadisənin motivi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man