Bakı metrosunda sərnişinlər təxliyə ediliblər

Gündəm 20 Aprel 2022 | 10:00
OXUNUB: 593

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-İçərişəhər” xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə ediliblər.

Bunu Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Qatara baxış keçirilib, hər hansı texniki problem aşkar olunmayıb. Lakin vaqonda spesifik qoxu olub. Baxış keçirilib və məlum olub ki, nasazlıq yoxdur. Bəzən dəmir-dəmirə sürtünəndə belə qoxular ola bilir. Sadəcə olaraq qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxunun aradan qalxması üçün qatarda havalandırma olacaq və qoxu çəkildikdən sonra həmin qatar da işini davam etdirəcək”, - B. Məmmədov qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man