Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 27,5 mln. ton yük, 298,1 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 8,9% və 18% artım qeydə alınıb.
“Sərnişinlərin 95%-i avtobus, 5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man