Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Seydimli kəndində qeydə alınıb. Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Hazret İşık qayınatası 1965-ci il təvəllüdlü Həbib İsmayılovun evinin qarşısına gələrək onun "VAZ 2107" markalı avtomobilini qəsdən yandırıb. Nəticədə Həbib İsmayılova 6500 manat maddi ziyan dəydiyi bildirilir.
Faktla bağlı Tərtər rayon Polis Polis Şöbəsində cinayət işi başlanıb.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man