Hacıqabulda taxıl sahələri susuzluqdan məhv olur - VİDEO

Gündəm 16 Aprel 2022 | 23:43
OXUNUB: 3265

Hacıqabul rayonunun ucqar kəndlərindən biri olan Şorbaçıda su çatışmazlı yaşanır.  Buna görə də kənd sakinləri əkin sahələrini suvara bilmirlər.  

Avtosfer.az-ın məlumatına görə, kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Müşahaidə olunan quraqlıq və susuzluq onların əməyini boşa çıxardıb. Sakinlər qeyd edirlər ki, hər il bu vaxtlar əkdikləri taxıl zəmiləri yamyaşıl olardı. Lakin indi həmin taxıl zəmilərindən əsər-əlamət qalmayıb. Ötən ilin sentyabr-oktyabr aylarında torpağa səpilən arpa və buğda toxumları vaxtında suvarılmadığından quruyaraq məhv olur. Çarəsiz qalan kənd sakinləri növbəti ildə bənzər problemlə qarşılaşmamaq üçün aidiyyəti qurumlardan lazımi tədbirlərin görülməsini istəyirlər. Məsələ ilə bağlı Hacıqabul Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Şorbaçı kəndi sonuncu yaşayış məntəqəsi olduğundan və Pirsaat çayında suyun səviyyəsinin illik normadan azlığı səbəbindən kənddə su problemi müşahidə olunur. Şorbaçı kəndində idarənin xidmət sahəsi olmadığından fermerlər özləri Pirsaat çayına su gələn zaman suvarma işləri həyata keçiririlər. Hazırkı dövrdə çayda suyun az olması problemləri otaya çıxarıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man