Horadiz-Ağbənd dəmir yolunun inşası: Rəqəmlər, nəzərdə tutulanlar - RƏSMİ

Gündəm 15 Aprel 2022 | 17:14
OXUNUB: 993

Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası prosesində indiyədək 82 km ərazi minalardan təmizlənib. 

Oxu.Az-ın məlumatına əsasən, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin rəisi Natavan Bayramova Horadiz-Ağbənd dəmiryolunun inşası işləri ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib. 

Horadiz-Ağbənd dəmiryolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir. 

Dəmiryolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə doqquz stansiyanın inşası planlaşdırılır. Natavan Bayramova qeyd edib ki, eyni zamanda bu istiqamətdə 300-ə yaxın süni mühəndis qurğusunun, o cümlədən üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir:

“Birinci mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, süni qurğular 93%, dəmiryolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələdə ümumi icra vəziyyəti 89% təşkil edir. İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, süni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib. Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir”, - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsi kimi nəzərdə tutulur. 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man