Ukraynada girov götürülən tələbə: “25 gün işgəncə gördüm”

Gündəm 15 Aprel 2022 | 13:49
OXUNUB: 699

Ukraynada təhsil alan və bir neçə gün öncə azad olunan azərbaycanlı tələbə Hüseyin Abdullayev müharibədə girov götürülən zaman başına gələnlərdən danışıb.

AzEdu.az tələbə ilə əlaqə saxlayaraq ümumi vəziyyəti barədə maraqlanıb.

Əslən Neftçalanın Tatarməhlə kəndindən olan Hüseyn, açıqlamasında onunla yanaşı əsir götürülənlər arasında tək azərbaycanlı olduğunu bildirib:

“Mariupol Dövlət Universitetində 3-cü kursda təhsil alırdım. Martın 17-si şəhərdən çıxan zaman çeçenlər tərəfindən girov götürüldüm. Məndən başqa girov götürülən azərbaycanlı yox idi, qalanları ukraynalılar idi. Amma Mariupolda qalan çox sayda azərbaycanlılar var, onlardan xəbər yoxdur. 25 gün müddətində müxtəlif işgəncələrə məruz qaldım, xüsusilə bir çeçen rəis mənə hər gün işgəncə verirdi. Çox qəddar və pis insan idi. Bir neçə gün öncə həmin rəis Ramazan ayına görə girovluqdan buraxıldığımı dedi. Amma bu səbəblə məni buraxdıqlarını düşünmürəm. Burada olan digər azərbaycanlılar onunla əlaqə yaradıb, azad olunmağım üçün danışıblar, bunun nəticəsi olaraq girovluqdan azad olunmağım mümkün oldu”.

Ölkəyə nə zaman qayıdacağını maraqlandığımız zaman isə o, - “Təxminən 3-4 günə Azərbaycana qayıdacağam, ailəmlə danışmışam” - deyə bildirib.

Qeyd edək ki, Hüseyin hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Soydaşımızın əsirlikdən azad olunması üçün Ukraynada qalan sıravi azərbaycanlılar bütün bu müddətdə əllərindən gələni ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man