Sabahın hava proqnozu açıqlanıb

Gündəm 15 Aprel 2022 | 13:38
OXUNUB: 859

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man