Saytlarda 1 dollarlıq əskinaslar 20 min manata satılır - Səbəb nədir? - VİDEO

Gündəm 14 Aprel 2022 | 21:34
OXUNUB: 1090

Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.

Avtosfer.az-ın məlumatına görə, müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir. İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib. Elan saytları vasitəsilə bir dollarlıq əskinaslarını satışa çıxaran bir neçə nəfərdən bunun səbəbini soruşduq. Bir dollarlıq əskinası alan şəxslərlə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur. Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man