Qonşuları narazı salan təmir PROBLEMİ: Həll yolu nədir? - AÇIQLAMA

Gündəm 13 Aprel 2022 | 18:36
OXUNUB: 805

Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.

Buna misal olaraq, qonşu ölkə Rusiyanı göstərə bilərik. Belə ki, paytaxt Moskvada təmir işlərinin aparılması üçün vaxt məhdudiyyəti qoyulub. Qaydalara əsasən, təmir yalnız həftə içi günlərdə və 09:00-19:00 arası aparıla bilər. İstirahət günləri isə təmir işlərinin görülməsi ümumiyyətlə qadağan edilib.

Hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında sözügedən təcrübənin Azərbaycanda da tətbiq olunmasının hələ ki, gözlənilmədiyini bildirib: “Həftə sonlarının səhər vaxtlarında təmir işlərinin salınması yolverilməzdir və etik deyil. Ümumiyyətlə təmir minimum narahatlıqla həyata keçirilməlidir. Bu, birbaşa vətəndaşların istirahət hüququnun pozulmasıdır. Məsələ ölkəmizdə qanunvericiliklə tənzimlənmir. Lakin insanların rahat istirahət etmək hüququ var. Bu halda məsələ ilkin olaraq mülki qaydada həll olunmalıdır. Qonşular öncəliklə danışıq yolu ilə bu narahatlığı aradan qaldırmağa çalışmalıdırlar. Əks təqdirdə isə şikayətçi qonşunun mülki qaydada çoxmənzilli binada birgə yaşayış qaydasını pozması ilə bağlı məhkəməyə iddia verə bilər. Məhkəmənin çıxardığı qərara uyğun şəkildə hər iki tərəf razılığa gələ bilərlər”, - deyən S.Məmmədov bu problemdən əziyyət çəkən şikayətçilərə çözüm yolunu açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man