Qış parkının “iflic” pilləkənləri – Onlar bizi hara aparır? - VİDEO

Gündəm 13 Aprel 2022 | 17:29
OXUNUB: 735

Şəhərin mərkəzində yəqin ki, işləməyən eskalatorları çox yerdə görmüsünüz. Bu problem modern Bakımızın üz qarasıdır desək yanılmarıq. Axı niyə günü-gündən texnologiyanın inkişaf etdiyi dövrdə belə bəsit problemləri aradan qaldırmırlar?.. İnsanlar nə qədər şikayət etsin ki, bu problem bir dəfəlik yoxa çıxsın?

Bu məsələ ilə bağlı Lent.az-ın redaksiyasına vaxtaşırı şikayətlər daxil olur. Sonuncu şikayəti yerində yoxlamaq üçün çəkiliş qrupumuz Nəsimi rayonu ərazisində yerləşən Qış parkına yollandı. Piyadaların təhlükəsizliyini təmin edən yeraltı keçidə bir baş çəkək dedik. Təəssüf ki, hərəkətli pilləkənlərin halını pərişan gördük. Rastlaşdığımız mənzərə bizi heç məmnun etmədi. Mənzərə belədir: iflic eskalatorlar, rütubətdən qopub düşmüş kafellər, yazılı divarlar, zir-zibil dolmuş keçid və s...

Özü də hava şəraitindən asılı olaraq, işləməyən pilləkənlər bizdən başqa heç kimi maraqlandırmır deyəsən. Hətta içəridə yuxarı qalxmaq üçün lift də qoyulmuşdu. Əfsuslar  olsun ki, bu liftlər də işlək vəziyyətdə deyildi. Birinin üstündə düymələri yox idi, biri isə ümumiyyətlə işləmirdi. Bax, bu da başqa bir problemdir.

Əsas da bu problemdən ən çox təsirlənən müəyyən təbəqə var - yaşlı nəslin nümayəndələri, əliuşaqlı valideynlər, sağlamlığında müvəqqəti məhdudiyyət olan və fiziki qüsurlu insanlar. Bunları bir düşünün, gözünüzün önündə canlandırın. Nə lift işləmir, nə də pilləkənlərin yanında əlillər və körpələrin arabaları üçün sürüşkən hissə. Pilləkənin özü də işləməməkdə israrlıdır. Bəs onlar yolu keçmək və istədikləri tərəfə getmək üçün nə etsinlər?

Bu problemi Lent.az-ın mikrofonuna vətəndaşlardan bəziləri danışdı.

Kamera qarşısına çıxa bilməyib də arxasında bizə müsahibə verən məsul şəxslər də oldu. Onlar sözügedən keçiddə çalışanlardır. Özləri etiraf edirlər ki, problemin uzun müddətdir qalır.

Pənah Allaha qalıb deyəsən, bir də insafa gəlsələr aidiyyatı qurumlara...

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man