Bakı Nəqliyyat Agentliyi nizamnamə kapitalının artırılmasını istəyir

Gündəm 12 Aprel 2022 | 19:53
OXUNUB: 1138

Bakı Nəqliyyat Agentliyi (BNA) nizamnamə kapitalının artırılması üçün hökumətə müraciət edib.

Bu barədə Avtosfer.az-a qurumdan bildirilib. Məlumata görə, Agentliyin 2020-ci il üzrə təsərrüfat fəaliyyətini Hesablama Palatası audit edib. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Palatanın tövsiyələri nəzərə alınmaqla həll edilir. Yoxlama başlayana qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 avtobusdan 395-i Bakıya idxal olunub. 20 avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqdan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılması ləngimədən həyata keçirilib. 415 avtobusun idxalı tam yekunlaşdıqdan sonra nizamnamə kapitalının artırılması üçün müraciət olunub. Xatırladaq ki, 2020-ci ilin yekununda BNA-nın nizamnamə kapitalı 49,068 milyon manat təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man