“Location”dakı partlayışda məşhur şirkətin meneceri də ağır yaralanıb - FOTO - VİDEO

Gündəm 12 Aprel 2022 | 16:14
OXUNUB: 1249

“Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı “Location” klubla üzbəüz “Room” restoranın qarşısında dayanan italiyalı iş adamı Miçelle Balleri ağır yaralanıb.

Məlum olub ki, o, Bakıda fəaliyyət göstərən tanınmış neft şirkəti “Saipem”in əməkdaşıdır. İlkin məlumata görə, M.Balleri 8 ilə yaxındır Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.

Başından xəsarət alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.

Hadisə zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına partlayışın təsirindən qoparaq uçan taxta dəymişdi. Həmin anın görüntüləri “Room” restoranının təhlükəsizlik kameralarına da düşmüşdü.

Qeyd edək ki, “Saipem” şirkəti Azərbaycanda BP-nin əsas podratçılarından biridir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man