Sərnişinlər yollarda qalıb, BakuBus-un 300 avtobusu qarajda "yatır"

Gündəm 12 Aprel 2022 | 15:35
OXUNUB: 8375

Son zamanlar sərnişinlər günün pik saatlarında avtobusların çatışmazlığından, sərnişinlərin yolda qalmasından şikayət edir. Avtosfer.az xəbər verir ki, bunun səbəbini araşdırarkən maraqlı bir məqam ortaya çıxır. Məlum olur ki, BakuBus MMC-nin Hövsan qəsəbəsində yerləşən bazasında, gün ərzində 300-ə yaxın avtobus xəttə buraxılmır. Buna səbəb həmin avtobuslarda texniki nasazlığın yaranmasıdır. BakuBus Bakı nəqliyyat Agentliyindən (BNA) alınıb Azərbaycan İnvestisiya Holdinqinə (AİH) veriləndən sonra həmin avtobuslarda heç bir təmir işi aparılmayıb. Əldə etdiyimiz məlumata görə, BNA əvvəllər bu işi daxili imkanlar hesabına həyata keçirsə də, hal-hazırda AİH bu məsələ ilə bağlı heç bir tədbir görmür. Nəticədə isə 300-ə yaxın avtobus xəttə çıxmır. Artıq o həddə gəlib çatıb ki, hətta 15 avtobusdan ibarət marşrut xəttində cəmi 2-3 avtobus işləyir. Belə olan halda isə intervalın vaxtı uzanır, sərnişinlər isə yollarda qalır.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man