Ukrayna MN-dən yeni məlumat: "Uğurlarımızı deyə bilmərik, amma..."

Gündəm 05 Mart 2022 | 10:10
OXUNUB: 847
Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus ordusundan azad etmək üçün qızğın döyüşlər aparır. 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarşı tərəfin birlik və hissələri ruhdan düşüb, Rusiya ordusunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər. Təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri deyil, sıravi silahsız insanlar da aktiv döyüş əməliyyatları ilə düşmənə itki verir, öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji zərbə vururlar.

Daimi müqavimətlə üzləşən və öz hərəkətlərinin qanunsuzluğunu dərk edən rus ordusu dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı zərbələr endirməkdə, qadın, uşaq və qocalardan "insan qalxanı” kimi istifadə etməkdə davam edir. Onlar öz informasiya məkanında azadlıq "blitzkriq”inin mənzərəsini yaratmaq cəhdlərindən əl çəkmir, tabeliyində olan KİV-lər vasitəsilə total yalanlar yaymaqda davam edir, həqiqətə uyğun və obyektiv məlumatların əldə edilməsinə mane olmaqla canlı qüvvə və texnika itkisini gizlətmək üçün tədbirlər görürlər.

Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən sərhədləri qoruyub saxlamaqda davam edir, bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirir.

Təəssüf ki, planlarımızı puça çıxarmamaq üçün hələlik bütün uğurlarımızı deyə bilmərik. Amma inanın ki, zamanla hər şey bilinəcək” – məlumatda qeyd edilib.
 
(olke.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man