Abşeronda qanunların icazə vermədiyi ərazidə qısa bir müddətdə, ildırım sürətilə qeyri-yaşayış obyekti tikilib. Özü də kənd təsərrüfatı təyinatı olan torpaqda. Saray qəsəbəsi ərazisində inşa olunan obyektin, sən demə, heç torpaq sənədi də yox imiş. Bu tikintinin digər ən böyük qüsuru isə düz yolun kənarında tikilməsidir. Yəni tikili elə bir yerdə inşa olunub ki, gələcəkdə o yolu genişləndirmək tələbatı yaransa, bu, heç cür mümkün olmayacaq. Bəs aidiyyətı qurumlar buna nə deyir?
Qadağan olunmuş ərazidə obyekt tikiblər. Heç bir icazə sənədi olmayan tikili düz yolun kənarında inşa olunub. Görüntülər Abşeron rayonundandır. Bu obyekt Saray qəsəbəsinin kənd təsərrüfatı təyinatlı ərazisində inşa olunub. Sakinlər bildirirlər ki, obyektin tikintisinə bir müddət öncə başlansa da, sonradan tikinti yarımçıq saxlanıb. Ancaq səhər həmin yoldan keçərkən tikintinin tamamlandığının şahidi olublar.. Obyektin kimə məxsus olduğunu axtarıb tapdıq. Sən demə, obyektin heç torpaq sənədi də yox imiş. Amma obyekt sahibi Azər Rəşidov gördüyü işləri özünəməxsus şəkildə əsaslandırmağa çalışıb. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndələri ilə yenidən tikintinin aparıldığı əraziyə getdik. Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev bildirdi ki, ərazidə qanunsuz tikinti aparılmasından xəbərləri olmayıb. Buna görə də həmin tikinti barəsində ciddi addım atılacaq. Bildirildi ki, tikinti barəsində araşdırma yekunlaşdıqdan sonra söküntü işlərinin həyata keçirilməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man