Bakıda əcaib zolaq: Sürücülər çaşbaş qalır - VİDEO

Gündəm 09 Aprel 2022 | 21:00
OXUNUB: 9073

Paytaxtın Ziya Bünyadov Prospekti ilə qələbə və 20 yanvar dairəsi istiqamətinə gedən sürücülər problemlə qarşılaşırlar. Bu yolun bəzi hissəsində nişanlama işləri düzgün aparılmayıb. Yəni,yolda olan düz xəttin sağ və sol tərəfinə qırıq-qırıq xəttlər çəkildiyindən sürücülər eyni anda hər iki ətərəfə yerdəyişmə edirlər.Nəticədə də yolda qəza şəraiti yaranır.

Avtosfer.az xəbər verir ki, əsas yolda düz xəttin həm sağ,həm də sol tərəfinə qırıq-qırıq xətt çəkilib. Bu yolda sürücülər yerdəyişmə etmək üçün düz xətti hər iki tərəfdən keçə bilirlər. Halbuki,yol hərəkəti haqqında qanunda düz xəttin yalnız bir tərəfinə qırıq-qırıq xətt çəkilə bilər.  Paytaxtın ən böyük prospetkərindən biri hesab olunan Ziya Bünyadov prospektində sürücüləri narahat edən ciddi problem yaşanır.Minlərlə sürücünün istifadə etdiyi yolda hər an qəza şəraiti yaranır. Belə ki,prospektin Qələbə və 20 yanvar dairəsi ,eləcə də Nərimanov rayonu Atatürk prospekti istiqamətinə gedən hissəsində yola düzgün nişanlanma xətləri çəkməyiblər.Belə ki, qeyd edilən istiqamətlərdə körpüyə  çatmamış yolda düz xəttin həm sağ,həm də sol tərəfinə qırıq-qırıq xətt çəkilib.Sürücülər yerdəyişmə edən zaman  düz xəttin hər iki tərəfinə keçməklə yollarına davam etdirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,yolun bir tərəfində nişanlanma işləri aparılarkən qırıq-qırıq xətt çəkilib.Ancaq digər tərəfində olan qırıq-qırıq xətt silinmədiyindən problem yaşanır. Ərşad Hüseynov onu da bildirdi ki,belə vəziyyətdə düz xətti sağa və sola keçən  sürücülər cərimə oluna bilməzlər. Sürücülər problemin tezliklə həll  ediləcəyinə ümid edirlər. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man