Maska tələbi ləğv ediləcək? - Nazirdən AÇIQLAMA

Gündəm 09 Aprel 2022 | 11:01
OXUNUB: 806

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.

Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur: “Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbrli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.

Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub: “Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man