Azərbaycan-İran sərhədində insident: Ölən var

Gündəm 08 Aprel 2022 | 11:18
OXUNUB: 551

Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sərhəd zastavasının müşahidə kamerası vasitəsilə iki nəfər sərhəd pozucusunun İran istiqamətindən beş-altı ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıblar. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiklərindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olduğu müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man