Azərbaycanda parkinqlə bağlı ciddi problemlər var - SORĞU

Gündəm 07 Aprel 2022 | 23:23
OXUNUB: 987

Ötən gün sosial şəbəkədə yayılmış qeyri-adi görüntülər görənləri təəccübləndirib. Hadisə Sumqayıtda baş verib. Belə ki, 99-TD-862 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilin qadın sürücüsü ilə “parkovşik” arasında dava olub. Xanım sürücü “parkovşik”in üstünə hücum çəkərək onu yumruq və təpiklə vurub. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur. Avtosfer.az xəbər verir ki, SİA məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı və JEM sədri Ceyhun Musaoğlunun fikirlərini öyrənib.

Ceyhun Musaoğlu hadisəyə münasibətini belə bildirib: “Azərbaycanda, xüsusən də Bakıda parkinqlə bağlı ciddi problemlər var. İnsanlar avtomobili park etməyə yer tapa bilmirlər. Bunun üçün binaların altında saxlanc yerləri var ki, bu da çox bahadır. Qiyməti də 1 saatdan sonra 2 manat olur. İnsanlar avtomobillərini burada park edib işə gedir və 4-5 saatı da 2 manatdan hesabladıqda bu 8-10 manat puldur. Bu da elə adamın 1 ay ərzində aldığı maaşa bərabər olur. Bu məsələ çox ağır problemdir və həll olunmalıdır. Xüsusi saxlanc yerləri hazırlanmalıdır. Şəhərdən kənarda, xüsusi stadion kimi meydançalar hazırlanmalıdır ki, bunun da qiyməti münasib olmalıdır. Buna görə də insanlar avtomobillərini harada olsa saxlayırlar. Hər məsələnin sivil qaydası olmalıdır. Avtomobili harada saxlasan ya cərimələyirlər, ya "parkovşik" pul istəyir, ya da problem yaşanır. Bu məsələlər həllini tapmalıdır. Xüsusi mexanizm olmalıdır. Parkinq yerləri çox bahadır. Buna görə də əksər insanlar maşını yol kənarında saxlayır”.

Elməddin Muradlı: “Əlbəttə, Azərbaycan mentalitetində qadın isməti, qadın abrı kimi anlayışlar var. Ən pis halda belə qadınlarımız həmişə uca tutulur. Qadına münasibət də bizdə müqəddəsdir. Burada ən obyektiv yanaşma ondan ibarətdir ki, polis məsələni araşdırıb və qanuni tədbir görüb. Qadın da, kişi də qanun qarşısında eynidir. Bu qadına yaraşan hərəkət deyil. Çox təəssüflər olsun ki, son vaxtlar qadın sürücülər tərəfindən çox kobud hərəkətlərə yol verilir. İnsan lap dəhşətə gəlir. Məsələn, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında avtomobil idarə edən qadın sürücülərin sayı artıb. "Parkovşik"in orada tək günahı pul yığmağı ola bilər. Qadının ona qarşı bu hərəkəti isə yolverilməzdir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man