Onlayn yolla narkotik maddələr satan şəxs saxlanılıb - FOTO

Gündəm 07 Aprel 2022 | 16:01
OXUNUB: 737

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.

Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man