Sumqayıtda yeni istehsal xətti yaradıldı

Gündəm 05 Aprel 2022 | 21:21
OXUNUB: 1230

Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal xətti yaradılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, quraşdırılan avadanlıq iki və üçkameralı, həmçinin “skylight” paket şüşələrin istehsalında istifadə olunur. Parkın ərazisində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalı həyata keçirilir. İstehsalın illik həcmi 250-280 min m² şüşə təşkil edir ki, burada 5 növdə və müxtəlif rənglərdə 1 000 çeşiddən çox məhsul emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldilib. Layihənin investisiya dəyəri 5,4 milyon manat təşkil edir. Məhsullar işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma işlərində istifadə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man