“Azərbaycan hökumətinin hesabatı parlamentdə müzakirə olunarkən Bakı-Quba yolu ilə bağlı məsələnin həllinin tapması ilə bağlı məsələ qaldırdım”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, Baş nazir və digər şəxslərlə həmin iclasdan sonra da görüşüb: “Bir daha bu tribunadan Baş nazirə müraciət edirəm ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. Mən Qubada idim, sakinlər artıq bu yoldan istifadə edə bilmirlər. Ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada, Qusarda, Xaçmazda villaları var. Onlar gedəndə o yolu görmürlər? Məsələ belədir ki, ümumiyyətlə, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil”. V. Əhmədov nəzərə çatdırıb ki, bu yola alternativ, pullu yol çəkilir: “Lakin bu yol əvvəlki yolu əvəz etmir. Ona görə də insanlar əvvəlki yolun təmir edilməsini istəyirlər. Yeni çəkilən alternativ yol birbaşa Xaçmaza və sərhəd buraxılış məntəqəsinə gedir. Əgər dövlətin Baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man