Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb - FOTO

Gündəm 04 Aprel 2022 | 11:38
OXUNUB: 568

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev cəmiyyətin xüsusi diqqəti altındadır:

"Hər iki yaralının vəziyyəti normaldır".

R.Əliyev isə bildirib ki, yaraları ağır olmasına baxmayaraq xəstəxanada müalicələri xüsusi qayğı ilə aparılır, bununla yanaşı Vinnitsa Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov hər gün onların qayğıları ilə maraqlanır.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdırlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man