Azərbaycanda yeni QADAĞAtətbiq ediləcək: Bu gündən etibarən... - VİDEO

Gündəm 01 Aprel 2022 | 23:48
OXUNUB: 1136

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin əsas ərzaq məhsulları ilə təchizatı hazırda ölkəmizdə əsas məsələlərdən biridir. Bu istiqamətdə Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir. Qərara görə əksər kənd təsərrüfat mallarının ölkə ərazisindən aparılmasına məhdudiyyətlər tətbiq edilir. Bu məhsullar sırasında kartofun da adı var. 

Azərbaycanda bəzi məhsulların ixracına qoyulan məhdudiyyətlər bu gündən qüvvəyə minib. Belə ki, minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılması mühdudlaşdırır. Nazirlər Kabinetinin 18 mart tarixli qərarı  bu gündən qüvvəyə minib. Bu qərar 30 yaxin məhsula şamil ediləcək. Bu məhsullardan biri də təzə və ya soyudulmuş  kartofdur.  Bu qərar daxılı bazarı qorumaq üçün qəbul ediləsədə, fermerlərin gəlirinə də müəyyən qədər təsir göstərəcək.  İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, daxili bazarda 2019-cu ildə kartof və soğanın qiymətinin kəskin bahalaşması səbindən oxşar məhdudiyyətlər əvvəllər də tətbiq edilib. Bu dəfə istixanalrda yetişdirlən faraş kartoflara məhdudiyyətin tətbiq edilməməsi ixraca elədə mənfi təsir etməyəcək. Çünki xarici bazara əsasən istixana şəraitində yetişdirilən kartoflar ixrac edilir.  Qeyd edək ki, Azərbaycanda 2021-ci ildə təqribən 41 milyon dollar dəyərində kartof ixrac edilib. Sözügedən məhsulları ölkədən çıxarmaq istəyən sahibkarlar isə iqtisadiyyat nazirliyinə müraciət etməlidir. Onların müraciətlərinə 5 iş günü ərzində baxılıb  cavab veriləcək. Qərar bu il dekabrın 31-dək qüvvədə olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man