Dövlət Agentliyindən Şahbaz Quliyevin etirazı ilə bağlı AÇIQLAMA

Gündəm 01 Aprel 2022 | 23:36
OXUNUB: 1329

Bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev sosial media hesabında yazıb.  O bildirib ki, Şahbaz Quliyevin çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir: “Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir. Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub. Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib. Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib. Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man