Azərbaycanda itə işgəncə verən şəxsin kimliyi müəyyən olundu - VİDEO

Gündəm 01 Aprel 2022 | 18:29
OXUNUB: 1099

Sabirabadda itin boğazına ip bağlayaraq işgəncə verən şəxsin kimliyi müəyyən edilib. 

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib. 

O bildirib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə bir nəfərin itin boyun hissəsindən iplə bağlayaraq aparması ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılıb:

“Görüntülərdə həmin şəxsin əsəb və epilepsiya xəstəliyindən əziyyət çəkən rayonun Məmişlər kənd sakini C.Səmədzadə olduğu müəyyən edilib. Məlum olub ki, C.Səmədzadənin qohumuna məxsus həyətdə saxlanılan həmin canlının təbii ölümü baş verib. O isə iyrənməsi səbəbindən iti iplə bağlayaraq həyətdən çıxarıb. Bu zaman qardaşı onun görüntülərini çəkərək təsadüfən paylaşıb. 

C.Səmədzadə və qardaşı ilə RPŞ-də profilaktiki söhbətlər aparılıb, bir daha belə hallara yol verməmələri tapşırılıb”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man