“Bakıda parklanmanın qiyməti 20 qəpikdən başlamalıdır...” – Ekspertdən TƏKLİF

Gündəm 31 Mart 2022 | 14:08
OXUNUB: 1793

“Yerindən asılı olaraq parklanmanın qiyməti 20 qəpik -1 manat arasında dəyişməlidir”. Bunu bizim.media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıda mövcud olan 15 min parklanma yeri üçün hansı qiymət tarifinin məqbul olduğu barədə sualı cavablandırarkən deyib: “Bütün təcrübələr göstərir ki, şəhərlərdə qiymətlər fərqli olur. Şəhərin mərkəzilə müqayisədə kənarlarda qiymət daha ucuz olur. Ona görə də parklanma tarifləri müəyyənləşərkən bu amil nəzərə alınmalıdır. Belədə, şəhərin mərkəzində parklanmanın bir saatı yuxarı hədd üzrə ortalama 1 manatdan, kənarda isə aşağı hədd olaraq 20 qəpik civarında müəyyənləşməlidir. Həmin obyektlərin ətrafında yaşayan sakinlər üçün isə qiymətlər pulsuz olmalıdır”. 

Həmsöhbətimiz bir sıra strateji onyektlər qarşısında parklanmaların yaradılmasını isə yolverilməz hesab edir: “Heç də ucdantutma bütün küçə və prospektlərdə parklanma pullu olmamalıdır. Xəstəxana, hərbi komisarlıq, polis idarələri qarşısında isə parklanmalar yaradılmamalıdır. Ümumiyətlə, insanları parkinqə görə sıxmaq olmaz”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man