Avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 39,5 min ton çoxalıb

Gündəm 31 Mart 2022 | 13:42
OXUNUB: 573

2021-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalıb.

Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.

Qeyd olunub ki, zərərli tullantıların həcmi ümumilikdə 880,2 min ton təşkil edib və onun da 82,2 faizi və ya 723,5­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 6,8 faiz artmışdır. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artıb.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5 faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man