Bakıda intihara cəhd edən cinsi azlıq nümayəndəsi imiş - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO

Gündəm 30 Mart 2022 | 18:56
OXUNUB: 715

“Xəstəxana binasından özünü atmağa cəhd edən şəxs şou göstərməyə çalışıb”. 

3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, intihara cəhd edən şəxs cinsi azlıq nümayəndəsi olub və sözügedən müəssisədə həyata keçirilməsi mümkün olmayan tələblər irəli sürüb:

“O, xəstəxanaya müayinə və müalicə məqsədilə gəlib. Həkimlər tərəfindən zəruri müayinələr aparılıb. Lakin o, xəstəxanada prostat və babasil əməliyyatı olunmaq istədiyini bildirib. O, göndərişlə başqa xəstəxanaya yönləndirilib. Göndəriş müddəti bitdikdən sonra yenidən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlib və əməliyyat edilməsini tələb edib. Tibb işçiləri tərəfindən ona sözügedən əməliyyatın burada həyata keçirə bilinməyəcəyi izah edilib. 

Lakin həmin şəxs həkimlərə xəsarət yetirib və etiraz olaraq intihara cəhd edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun intihara cəhdinin qarşısı alınıb. Araşdırma aparılır”.

15:24

Bakının Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qadın özünü pəncərədən atmaq istəyib.

Oxu.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə gənc qızın pəncərədən düşməyə cəhd etməsi və xəstəxanadakı insanların onu xilas etməyə çalışması əks olunub.

Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man