Bakıda piyada səkiləri zəbt edilir - Tədbir görüləcəkmi? - VİDEO

Gündəm 29 Mart 2022 | 22:51
OXUNUB: 1429

Bakıda avtomobillər piyada səkilərini zəbt edir.

Avtosfer.az-ın məlumatına görə, söhbət Nərimanov rayonu, Koroğlu Rəhimov və Yahya Bakuvi küçələrinin kəsişməsindən gedir. Sürücülər avtomobillərini səkidə park etdiklərindən piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalırlar ki, bu da onların həyatı üçün ciddi təhlükə yaradır. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtomobillərin səkilərdə park edilməsi qayda pozuntusu olmaqla yanaşı, həm də piyadaların hərəkət təhlükəsizliyi baxımından risk yaradır. Qeyd edilib ki, mütəmadi olaraq bu cür qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Həmçinin, avomobillərin səkilərdə parklanmasının qarşısını almaq üçün tumbalar quraşdırılır. Bu ərazidə də anoloji tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man