Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib.
Avtosfer.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, ümumi məsləhətləşmələrdən sonra martın 30-dan aprelin 1-dək keçiriləcək I Divizionun XIX və aprelin 2-3-də təşkil olunacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə verilib.
Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man