Cəlilabadda ara küçələrə giriş-çıxış bağlandı - SƏBƏB NƏDİR? -VİDEO

Gündəm 28 Mart 2022 | 23:00
OXUNUB: 718

Cəlilabadda Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb. Küçə sakinləri evlərinə getmək üçün iki-üç kilometr əlavə yol qət etməli olurlar. Bəs ara yolların bağlanmsına səbəb nədir?

Əsas prospekt təmir olunarkən ara küçələrə giriş-çıxış bağlanıb. Bura Cəlilabad rayon mərkəzində Səttarxan küçəsidir. Küçə sakinləri iddia edirlər ki, yeni Ələt-Astara magistral yolu istifadəyə veriləndən sonra Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb.  Vətəndaşlar deyirlər ki, əvvəllər bu döngələrin hər birinin  Heydər Əliyev prospektinə çıxışı olub. Sonradan bu çıxışlar bağlanıb. Onlar prospektdən təxminən 50 metr məsafədə yerləşən evlərinə bir neçə kilometr əlavə yol gedərək çatırlar. Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu addım piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Heydər Əliyev prospekti  avtomobillərin intensiv hərəkət etdiyi yol olduğundan və prospekt yeni Ələt-Astara magistralına çıxdığından Səttarxan küçəsinin bütün döngələri bağlanıb. Yalnız alternativ yolu olmayan döngələrin çıxışları açıq saxlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man