Şuşada beynəlxalq elmi konfranslar keçiriləcək

Gündəm 27 Mart 2022 | 17:00
OXUNUB: 1093

“Şuşa İli” ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin təklifləri nəzərə alınmaqla, Tədbirlər planı hazırlanıb.

AMEA-dan Avtosfer.az-a verilən xəbərə görə, Tədbirlər planı AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Tədbirlər planında “Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Eləcə də Şuşa şəhərində anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfranslar təşkil olunacaq. Qeyd edilib ki, Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi, Şuşa şəhəri və ətraf kəndlərin orta təhsil məktəblərinin fizika laboratoriyalarının lazımi cihazlarla təmin edilməsi də il çərçivəsində qarşıda duran mühüm vəzifələrdəndir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man