Qəzaya uğrayan dronda bomba olub - ekspertizanın nəticələri AÇIQLANDI

Gündəm 24 Mart 2022 | 23:18
OXUNUB: 938

İki həftə əvvəl Zaqrebdə qəzaya uğrayan hərbi pilotsuz uçuş aparatının metal parçalarının ballistik müayinəsi dronda bomba olduğunu göstərir. Lakin partlayıcı maddələrin izləri ilə bağlı yekun nəticəyə gəlmək mümkün olmayıb.

Bunu Zaqreb Prokurorluğunun nümayəndələri açıqlayıblar. Prokurorluq ballistik və kimyəvi-fiziki ekspertizaların yekun nəticə çıxarmaq üçün kifayət etmədiyini bildirib. Prokurorluq Məhkəmə Ekspertizası Mərkəzi, Cinayət Axtarış İdarəsi, hərbi polis və kəşfiyyat orqanları ilə razılaşdırılaraq istintaqı davam etdirəcəyini açıqlayıb. Qeyd edək ki, martın 10-da Zaqrebin cənub-qərbindəki Jarun rayonunda tələbə yataqxanasının yaxınlığında Sovet dövründən qalma hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Yaxınlıqdakı dayanacaqda olan 40-a yaxın avtomobilə ziyan dəyib. Ukraynadan gələn dron NATO-ya üzv ölkələr Rumıniya və Macarıstan üzərindən keçib və yanacaq bitdiyi üçün Xorvatiyanın paytaxtında qəzaya uğrayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man