Cəlilabadda əkin sahələri su altında qalıb - VİDEO

Gündəm 24 Mart 2022 | 23:00
OXUNUB: 1049

Bir neçə gün əvvəl sel suları Cəlilabadda həyətlərə və sahələrə dolub.

Avtosfer.az-ın məlumatına görə, rayon ərazisindən keçən Mişar çayının daşması səbəbindən Muğan, Maşlıq  və köhnə Ələt-Astara magistral yolunun  kənarlarında   becərilmiş əkin sahələri su altında qalıb. Su torpağı yudugundan sahələrdə əkilmiş və yetişməkdə olan kartofların əksəriyyəti üzə çıxıb. Sahələrdə hələ də palçıq olduğu üçün  kartofları yenidən torpağa basdırmaq da mümkün deyil. Hazırda torpağın yaş olması həm də əkinin məhvinə gətirib çıxarır. Cəlilabad  Dövlət Aqrar  İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri  Mübariz  Nadirov bildirib ki, sahələrin sel sularının  altında qalması məhsuldarlığın 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək. Qeyd edək ki, Cəlilabad rayonunda 4000 hektara yaxın sahədə kartof əkilir. Hesablamalara görə, hazırda isə əkin sahələrinin 40 faizinə ziyan dəyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man