Moskvadan Bakıya uçuş biletinin qiyməti kəskin bahalaşdı - Qiymət AÇIQLANDI + VİDEO

Gündəm 22 Mart 2022 | 11:29
OXUNUB: 1537

Bir müddət əvvəl Rusiya və Azərbaycan arasında aviareyslərə məhdudiyyətlər tətbiq edilsə də, bu məhdudiyyət yavaş-yavaş aradan qalxmaq üzrədir. Artıq Moskva-Bakı və əks istiqamətdə aviareyslərin sayı bu gündən artırılıb. Buna baxmayaraq, bilet qiymətləri hələ də cib yandırır. Ötən ayla müqayisədə qiymətlər ən azı 4 dəfə bahadır.

Bu gündən etibarən Rusiyadan Azərbaycana və əks istiqamətdə birbaşa aviareyslərin sayı artırılıb. Daha bir aviaşirkət Moskva-Bakı-Moskva reysləri üzrə uçuşlara başlayıb. Buna baxmayaraq, biletlərin qiymətlərində ciddi ucuzlaşma baş verməyib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, müharibə, uçuşlara qoyulan məhdudiyyətlər və bayramla bağlı səfər edənlərin sayının çoxluğu 1 ay əvvəllə müqayisədə bilet qiymətlərinin 4 dəfə bahalaşmasına səbəb olub. Əvvəllər 250-350 manat arasında dəyişən bilet qiymətləri indi bir tərəf üçün 1000 manatı keçib. Bununla belə, bilet tapmaq da müşkülə çevrilib

Ekspert deyir ki, sərnişinlər birbaşa uçuşlarla yanaşı, Bakıya gəlmək üçün 3 alternativ yoldan da istifadə edə bilərlər. Türkiyədən tranzit keçməklə Azərbaycana gəlmək baha olsa da, Dubay üzərindən nisbətən ucuz başa gəlir.

Bununla belə, Qazaxstan üzərindən, Almatıdan tranzit keçməklə də Rusiyaya getmək və ya Bakıya gəlmək mümkündür. Bu istiqamət üzrə isə qiymətlər 1000 manat ətrafında dəyişir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man