Kiyevə raket zərbəsi nəticəsində ticarət mərkəzində yanğın olub, ölənlər var - FOTO

Gündəm 21 Mart 2022 | 09:15
OXUNUB: 966

Uraynanın paytaxtı Kiyevin Podolsk rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Yerli vaxtla saat 02:18-də (Bakı vaxtı ilə saat 04:18) yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1 500 kv.m olan yanğın lokallaşdırılıb. Hazırda yanğının tam söndürülməsi davam edir.

Dövlət Fövqəladə Hallar Xidməti qeyd edir ki, hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.

"4 nəfər hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Məlumat dəqiqləşdirilir", - xilasedicilər bildirib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man