Bir çox insan bayram günləri qidasına diqqət yetirmir, yəni qidaları qarışdırır, sonra da təcili tibbi yardım çağırmalı olur. Dietoloqlar, xüsusilə, əlavə xəstəlikləri olan insanları diqqətli olmağa səsləyirlər. Bayram günlərinin ən böyük problemi odur ki, əksər insanlar qidalarını normadan artıq qəbul edirlər. Zaman da düzgün seçilmir. Bu isə sonradan ciddi fəsadlara gətirib çıxarır. Dietoloq Ofeliya Tahirova deyir ki, 1 ədəd orta ölçülü qoğal 300-350, şəkərbura 350-400, paxlava isə 400-550 kalori deməkdir. Buna görə də vətəndaşlar bu şirniyyatları az miqdarda, qarışdırmadan, həm də günün ilk saatlarında qəbul etməlidirlər. Dietoloq deyir ki, qəbul edilən şirniyyatların tərkibində kifayət qədər un məmulatı olduğu üçün çörəkdən istifadə minimuma endirilməlidir. Eyni zamanda qidaları qarışdırmaq da zərərlidir. Dietoloqun sözlərinə görə, salatların tərkibinə mayonez əvəzinə, duru yağ qatmaq daha məqsədəuyğundur. Ət məhsullarının yanına isə tərəvəz çeşidləri qoyulmalıdır ki, həzm prosesi daha rahat olsun.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man