Baş Nazirdən qiymət artımına qarşı MÜHÜM QƏRAR - VİDEO

Gündəm 20 Mart 2022 | 22:48
OXUNUB: 1389

Baş nazirin minimum ərzaq səbətinə daxil olan məhsulların ixracı ilə bağlı tənzimləyici qərarı ərzaq qiymətlərinin durmadan artdığı indiki dövrdə yerində atılan bir addımdır. Bu qərar istehlakçıların ən çox tükətdiyi ərzaqların təminatını asanlaşdıracaq. Üstəlik bazarlarda bolluq olacaq. 

''Hökümətin bəzi ərzaq məhsullarının ixracının tənzimlənməsi ilə bağlı verilən qərarı indiki vaxtda atılan ən zəruri addım idi''. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib. O bildirib ki, son vaxtlar enerji qiymətləri və logistika xərclərinin artması ərzağın bahalaşmasına səbəb olurdu. Üstəlik son aylarda baş verən geosiyasi və iqtisadi münaqişə fonunda da ərzaq təhlükəsizliyi və ərzaq qıtlığı ilə bağlı təhdidlər yaranırdı. Azərbaycan höküməti bu anda ixracla bağlı tənzimləyici qərar verməklə, öz vətəndaşlarının ərzaq təhlükəsizliyi ilə bağlı önəmli addım atmış oldu. Azərbaycanla yanaşı bəzi ölkələr də artıq bu cür tədbirlər görməyə başlayıb. Nicat Hacızadənin sözlərinə görə, bu qərarın bütövlükdə məqsədi baş verə biləcək risqləri azaltmaqdır. Üstəlik ixracı qəti şəkildə məhdudlaşdırmayan bu qərar həm də daxili bazarda bolluq yaradacaq.  Bu arada İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib. Müraciətdə deyilir ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir. Əlavə suallarla 195-2 Çağrı Mərkəzin də müraciət edilə bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man