Sel sularının təsirindən Masallı rayonunda 8 kənd qazsız qaldı - VİDEO

Gündəm 20 Mart 2022 | 21:46
OXUNUB: 1102

Ölkə ərazisində yağıntılı hava şəraiti qaz təchizatına ziyansız ötüşməyib. Masallı rayonu ərazisində Alvadı Qaz Paylayıcı Stansiyadan qidalanan və 10 kəndi təbii qazla təmin edən yerüstü metal qaz kəmərinin Köhnə Alvadı kəndi ərazisindən keçən diametri 159 mm olan hissəsində sel sularının təsirindən qəza baş verib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə 6682 əhali abonentinin qaz təchizatı dayandırılıb. Qısa müddət ərzində Şərəfə və Çaxırlı kəndlərində qaz təchizatı bərpa olunub. Hal-hazırda kəmərin sel suları altında qalması səbəbindən digər 8 kənddə ümumilikdə 4981 əhali abonentinin qaz təchizatını bərpa etmək mümkün olmayıb. Qaz təchizatında fasilə yaranan kəndlər bunlardır:

Təzə Alvadı, Köhnə Alvadı, Binə Xojavar, Böyük Xojavar, Meşəkənar, Bambaşı, Tatyanoba, Güllütəpə.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man