Paytaxtda cavabsız tapmaca: Qaz xətti birinci çəkilib, yoxsa piyada səkisi? - FOTO

Gündəm 19 Mart 2022 | 16:38
OXUNUB: 866

Hər zaman cavabı tapılmayan suallar olub və olacaq. Onlardan ən maraqlısı isə “birinci toyuq yaranıb, yoxsa yumurta?” deyib keçdiyimiz məsələdir. Bu misalı əbəs yerə çəkmədik. Çünki Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri təxminən belə bir suala cavab axtarırlar, lakin tapa bilmirlər. Avtosfer.az xəbər verir ki, paytaxtın Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində yaşayan sakinlər piyada səkisi boyunca gedən qaz borusundan şikayətçidir. Şikayət sakinlər tərəfindən sosial şəbəkə üzərindən paylaşılıb. Sakinlər deyir ki, qaz borusu bütün küçə boyu bu qaydada davam edir: “Heç kim deyə bilməz ki, əvvəl qaz xətti çəkilib, sonra səkini tikiblər. Bəs, niyə qaz borusu səkinin düz ortası ilə çəkilib?” Aidiyyəti qurumlara müraciət edilsə də, sakinlərə problemin həlli istiqamətində heç bir cavab verilməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man