"Toyota" Yaponiyadakı əksər zavodlarında işi dayandırır

Gündəm 19 Mart 2022 | 16:12
OXUNUB: 971

Dünyanın avtomobil nəhənglərindən biri olan “Toyota Motor Corp.” Yaponiyadakı zavodlarının əksəriyyətini bağlamaq niyyətindədir.

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gələn həftə istehsal bir neçə günlük dayandırılacaq. Bu, ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır. Belə ki, çərşənbə günü Yaponiyada baş verən zəlzələyə görə bəzi tədarükçülər zərər çəkib və lazımi həcmdə detallar tədarük edə bilmirlər. Hansı şirkətlərdən söhbətin getdiyi dəqiqləşdirilməsə də, iri çip istehsalçısı “Renesas Electronics Corp.” zəlzələ ərazsində yerləşən zavodlarının gələn həftənin çərşənbə gününə kimi tam istehsala qayıda bilməyəcəyini bəyan edib. “Toyota”nın son qərarı “RAV4”-də daxil olmaqla bəzi populyar modellərin istehsalına təsir edəcək. Bu həftənin əvvəlində şirkət mart ayı üçün istehsal planlarını 50 min avtomobil sayında azaltdı. İndi isə apreldə planlaşdırılandan 150 min avtomobil az istehsal edəcəyini, eləcə də may və iyun aylarında istehsalın hədəf göstəricilərə nisbətən azalacağını bəyan edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man