Güclü külək Gəncədə bir sıra fəsadlar törədib, xəsarət alanlar var - FOTO

Gündəm 19 Mart 2022 | 14:26
OXUNUB: 788

Səhər saatlarında yaranan kəskin hava şəraiti ilə əlaqədar Gəncə şəhərində bəzi fəsadlar yaranıb.

Report-un məlumatına görə, güclü külək nəticəsində bir neçə binanın dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb.

Bir neçə yaşayış və inzibati binanın dam örtüyü dağılıb.

Güclü külək bəzi küçə və prospektlərdə 10-a yaxın ağacı kökündən qoparıb, bəzilərinin isə budaqlarını sındırıb.

Külək şəhərin Nizami Gəncəvi prospektində yerləşən evin üz daşlarını qoparıb. Daşlar yaxınlıqda olan biri azyaşlı olmaqla 2 nəfərə dəyib. Nəticədə hər iki şəxs xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.

Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırması istiqamətində işlər aparılır.

Hazırda şəhər və yaxın rayonların ərazisində küləkli hava şəraiti davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man