Ət və toyuq məhsullarının ölkədən aparılması üçün xüsusi şərt müəyyənləşib

Gündəm 18 Mart 2022 | 21:42
OXUNUB: 2228

Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında  istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb. Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:

- Diri iribuynuzlu mal-qara;

- Diri qoyunlar və keçilər;

- Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;

- Dondurulmuş iribuynuzlu mal-qara əti;

- Təzə, soyudulmuş və ya

dondurulmuş qoyun əti və ya keçi əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya

soyudulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti;

- Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri

və ətin əlavə məhsulları;

- Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin

əlavə məhsulları.

Bu qədər 2022-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man